...

Əhmədinejad Təbrizə səfər edib

Dünya xəbərləri Materials 19 Noyabr 2009 10:50 (UTC +04:00)

İranın Fars agentliyinin noyabrın 19-da verdiyi məlumata əsasən, İran prezidenti Mahmud Əhmədinejad 24 nəfərlik heyətlə Təbriz şəhərinə səfər edib. Prezidentin səfərində 24 yüksəkvəzifəli nazirlər kabinetinin üzvləri onu müşayiət edir.

Bu, Əhmədinejadın prezidentliyi dövründə (1-ci və 2-ci dövr) Təbrizə ikinci səfəridir.

Əhmədinejadın Təbrizə birinci səfəri zamanı şəhərlə bağlı 169 layihə və 32 müqavilə imzalanıb. Təbrizin gubernatorunun sözlərinə görə, imzalanan layihələrin indiyədək 96-sı həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti