...

Con Kerrinin İrana səfərini ciddi hesab etmirik - iranlı deputat

Dünya xəbərləri Materials 22 Dekabr 2009 17:10 (UTC +04:00)
"İran ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri senator Con Kerrinin İrana səfər edəcəyi barədə yayılan məlumatları ciddi hesab etmir", - Burucerdi deyib.
Con Kerrinin İrana səfərini ciddi hesab etmirik - iranlı deputat

İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi bildirib ki, ABŞ İrana qarşı düşmənçilik siyasətində heç bir dəyişiklik etməyib. "İran ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri senator Con Kerrinin İrana səfər edəcəyi barədə yayılan məlumatları ciddi hesab etmir", - Burucerdi deyib.

"Foreign Policy" qəzetinin məlumatına görə, senator Con Kerri Ağ Evə təklif edib ki, İran rəsmiləri ilə nüvə məsələsini müzakirə etmək üçün bu ölkəyə səfər etsin. "ABŞ-ın İrana qarşı düşmənçilik siyasəti davam edir, bu baxımdan İran tərəfinin ABŞ-la müzakirələrə başlaması üçün heç bir əsas yoxdur", - Burucerdi Con Kerrinin bu təklifinə münasibət bildirib.

O əlavə edib ki, ABŞ Konqresi ötən bir il ərzində İrana qarşı düşmən mövqedə olub və nümunə üçün Konqresin İranda demokratiyanın bərqərar olunması üçün 55 milyon dollar büdcəni təsdiq etməsini göstərmək olar.

"ABŞ konqresmenləri indiyədək dəfələrlə İrana səfər etmək və İran Parlamenti nümayəndələri ilə müzakirələr aparmaq təklifləri ilə çıxış ediblər, lakin ABŞ-ın İrana qarşı siyasətində, xüsusilə də Obamanın dövründə heç bir dəyişiklik olmayıb", - Burucerdi deyib.

Xəbər lenti

Xəbər lenti