İran Parlamentinin spikerinin müşaviri Həsən Zamani bildirib ki, Pakistan Parlamentinin spikeri xanım Fəhmidə Mirza (çərşənbə günü) fevral ayının 3-ü İrana səfər edəcək. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
Zamani əlavə edib ki, xanım Mirza İran Parlamentinin spikeri Əli Laricaninin dəvəti ilə İrana 6 günlük səfər edir.
Onun sözlərinə görə, Xanım Fəhmidə Mirza iranlı həmkarı Əli Laricani, prezident Mahmud Əhmədinejad və digər İran rəsmiləri ilə görüşəcək.
İranın İRNA xəbər agentliyi ötən həftə məlumat yayaraq xanım Fəhmidə Mirzanını yanvar ayının 28-də İrana səfər edəcəyini bildirmişdi.
Səfər zamanı xanım Mirzanı Pakistan Parlamentinin bir neçə nümayəndəsi müşayiət edəcək.