...

İran bir neçə ölkənin dünya ölkələrinin taleyi ilə oynamağa icazə verməyəcək - ali lider Xamneyi

Dünya xəbərləri Materials 17 Fevral 2010 16:16 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi bu gün, 1977-ci ildə Təbriz şəhəri əhalisinin Pəhləvi rejiminə qarşı qiyamının ildönümü münasibəti ilə Şərqi Azərbaycan əyalətinin bir qrup əhalisi ilə Tehranda görüşüb.
İran bir neçə ölkənin dünya ölkələrinin taleyi ilə oynamağa icazə verməyəcək - ali lider Xamneyi

İranın ali lideri ayətullah Əli Xamneyi bu gün, 1977-ci ildə Təbriz şəhəri əhalisinin Pəhləvi rejiminə qarşı qiyamının ildönümü münasibəti ilə Şərqi Azərbaycan əyalətinin bir qrup əhalisi ilə Tehranda görüşüb. Görüşdə ayətullah Xamneyi İran xalqının İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə keçirilmiş mitinqlərdə aktiv iştirakını İslam İnqilabına müxalif olan qüvvələrə cavab zərbəsi kimi dəyərləndirib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat yayıb.

Ayətullah Xamneyi deyib ki, bir neçə müddətdir bəzi Qərb ölkələrinin rəhbərləri, o cümlədən ABŞ Prezidenti İran xalqını "müdafiə xarakterli" çıxışlar edir, lakin İran xalqı 22 bəhmən günü keçirilmiş mitiqlərdə aktiv iştirakı ilə onları "rüsvay" etdi.

"Bəziləri də onların xam xəyallarına uydu və ölkə daxilində xalqın İslam İnqilabından bezdiklərini düşündü, lakin 22 bəhmən mitinqləri onlara ağır cavab zərbəsi oldu", - o deyib.

"İran xalqı heç bir hədədən qorxmur. Açıq şəkildə bəyan edirik ki, biz bir neçə hegemon ölkənin dünyaya hökmranlığı ilə müxalifik və onlarla mübarizə aparırıq. İran bir neçə ölkənin dünya ölkələrinin taleyi ilə oynamağa icazə verməyəcək", -  ayətullah Xamneyi deyib.

Xameneyi Qərb ölkələri tərəfindən İranın nüvə proqramına dair, İranda insan haqları və demokratiya ilə bağlı "bəhanələr" gətirilməsinin əsas səbəbini İran xalqının açıq şəkildə bəyan etdiyi mövqeyi və İran xalqının dözümlüyü olduğunu deyib. "Hazırda amerikalılar yenə də öz nümayəndələrini Fars körfəzi ölkələrinə göndərib ki, keçmişdəki yalanlarını təkrarlasınlar, lakin daha heç kəs onların yalanlarına inanmır", - Xamneyi deyib.

O əlavə edib ki, amerikalılar heç vaxt region ölkələri xalqlarının mənafeyini düşünmür, bəlkə də öz qeyri-qanuni mənafeləri uğrunda region xalqlarının hüquqlarını tapdalayırlar.

Xameneyi deyib ki, düşmənlər seçkilərdən sonra baş vermiş hadisələrdən istifadə edərək İslam İnqilabı rejimini zəiflətmək istəyirdi, lakin həmin hadisələr İsalm İnqilabı rejimini zəiflətmədi və onun gündən-günə güclənməsinə səbəb oldu.

Xəbər lenti

Xəbər lenti