...

İran "altılıq" ölkələrinin yeni təklifini qəbul etməyib

Dünya xəbərləri Materials 18 Fevral 2010 11:11 (UTC +04:00)
İran Rusiya, Fransa və ABŞ-ın MAQATE-yə verdiyi yeni təklifi nəzərdən keçirməyi mənasız hesab edir. Həmin təklif İrana radioaktiv maddələr və izotoplar verilməsini və İran tərəfinin bu təklifi qəbul etmədiyi təqdirdə Tehran reaktorunun işinin dayandırılmasının tələb edilməsini nəzərdə tutur. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst deyib, MEHR agentliyi məlumat verib.
İran "altılıq" ölkələrinin yeni təklifini qəbul etməyib

İran Rusiya, Fransa və ABŞ-ın MAQATE-yə verdiyi yeni təklifi nəzərdən keçirməyi mənasız hesab edir. Həmin təklif İrana radioaktiv maddələr və izotoplar verilməsini və İran tərəfinin bu təklifi qəbul etmədiyi təqdirdə Tehran reaktorunun işinin dayandırılmasının tələb edilməsini nəzərdə tutur. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst deyib, MEHR agentliyi məlumat verib.

"İran tərəfi istənilən şifahi və yazılı təklifiləri o zaman alqışlayır və nəzərdən keçirir ki, onlar İranın sülh nüvə proqramının həyata keçirilməsinə yardım etsin. Bu proqramın həyata keçirilməsinə maneə törədən istənilən təklifə baxılmayacaq", - o deyib.

İran 1,5 ton zəif zənginləşdirilmiş urana malikdir ki, bu Tehrandakı araşdırma reaktorunun işlənilməsi üçün 20 faizədək zanginləşməni tələb edir. Əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) və İran üzrə beynəlxalq "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Tehrana az zənginləşdirilmiş uranı yüksək zənginləşdirilmiş uranla mübadilə etməyi təklif edib. İran bu təklifi rədd etməyib, lakin tərəflər yanacaq mübadiləsi barədə razılığa gələ bilməyib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsindən məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu Şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək beş qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti