...

Tehran polisinin rəhbəri dəyişdirilib

Dünya xəbərləri Materials 20 Fevral 2010 13:24 (UTC +04:00)

Tehran polisinin rəhbəri Əzizullah Rəcəbzadənin yerinə briqada generalı Hüseyn Sacidiniya təyin edilib. Bu barədə İranın ILNA xəbər agentliyi məlumat verib.

Təqaüdə çıxması ilə əlaqədar vəzifəsini tərk edən Rəcəbzadə 2008-ci ildən polis idarəsinə başçılıq edib. Onu əvəz edən Sacidiniya isə əvvəlcə əməliyyat məsələləri üzrə komandir vəzifəsində işləyib.

Ötən il dekabrın 28-də Aşura günü baş verən iğtişaşlar zamanı Rəcəbzadə yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti