İranın nüvə sülh proqramına münasibətdə ABŞ-ın mövqeyi MAQATE-nin imicinə mənfi təsir edir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani bildirib. Fars informasiya agentliyi məlumat verir.
"İranın nüvə məsələsi üzrə Amerikanın ikili standartlı siyasəti MAQATE-nin beynəlxalq arenada imicinə zərbə vurub", - bu barədə Laricani xarici ölkələrdəki İran səfirləri ilə görüşdə bildirib.
O, İranın nüvə nailiyyətlərini alqışlayıb və bildirib ki, İrana qarşı Qərb ölkələrinin "şübhəli addımları"na baxmayaraq ölkə sözügedən istiqamətdə böyük müvəffəqiyyətə nail olub və nüvə texnologiyaları sahəsində naliyyətlər bütün İran xalqının nailiyyətidir.
Bütün çıxışlarında Laricani İran XİN-ni mövqeyini aydınlaşdırmağa, İslam ölkələri arasında dostluğu və İslam qardaşlıq ruhunun dəstəklənməsi üçün səy göstərməyə çağırıb.