...

Larsın açılması heç bir təhlükə yaratmır - Gürcüstan DİN

Dünya xəbərləri Materials 5 Mart 2010 11:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 5 mart / Trend , N.Kirsxaliya/

Gürcüstan XİN Analitik Departamentinin rəhbəri Şota Utiaşvilinin bəyanatına görə, Gürcüstan-Rusiya sərhədində Kazbek-Yuraxı Lars keçid məntəqəsinin açılışı heç bir təhlükə yaratmır. Bu barədə Utiaşvili parlamentin xarici əlaqələr və regional inkişaf komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, bu keçid məntəqəsinin açılması nəticəsində Gürcüstanın real, nəzərəçarpacaq fayda əldə edəcəyi mümkündür.

"200 km uzunluğunda Cənubi Osetiya inzibati sərhədində hansı təhlükənin ola biləcəyini təsəvvür etmək çətindir. Biz bu sərhədə elə nəzarət edirik ki, demək olar, qanunsuz keçmə halları baş verməyib. Əgər 200 kilometr sərhədə nəzarət edə biliriksə, onda nə üçün 2 metrlik sərhədə nəzarət edə bilməyək?" - Utiaşvili bildirib.

Ekspertlərin əksəriyyəti isə belə düşünmür. Onlar bildirirlər ki, NBM-in açılması Gürcüstanın bütövlüyünə "real təhlükə yaradır".

Ekspertlər qeyd edirlər ki, NBM açıldıqdan sonra, Rusiya tərəfindən təxribat təhlükəsi "kəskin artır".

Xəbər lenti

Xəbər lenti