İraq Seçki Komissiyasının sonuncu məlumatına əsasən, şiə dini partiyalarını birləşdirən İraqın Milli alyansı ölkənin şərq əyalətində liderlik edir. Bu barədə Reuters agentliyi məlumat verib.
Martın 7-də ümumi parlament seçkilərində Baş nazir Nuri əl-Maliki Milli alyansın əsas rəqibi idi.
Nəticələr göstərib ki, Milli alyans əsasən şiə əhalisinin məskunlaşdığı Bağdadın cənub-şərqində yerləşən Meysan əyalətində səslərin 23 faizini toplayıb. Bəzi məlumatlara görə İrandan dəstək alan Milli şiə bloku 29 454 səs, Nuri əl-Malikinin bloku isə 22 460 səs toplayıb.
Əvvəl bildirilirdi ki, əhalisi əsasən şiə müsəlmanlarından ibarət olan Babil və ən-Nəcəf əyalətindəki səslərin sayılması nəticəsində "Qanun dövləti" koalisiyası Milli alyansı qabaqlayıb. Üçüncü yeri sabiq Baş nazir Əyyadə Ələvinin "əl-İraq" bloku tutub. Bu barədə RİA Novosti məlumat verib.
İlkin məlumata əsasən, ən-Nəcəfdə əl-Maliki koalisiyası 7 min səs, Babil əyalətində isə onun yaxın təqibçiləri 14 min səs toplayıb.
2003-cü ildə Səddam Hüseyn rejiminin tənəzzülündən sonra ikinci dəfə - ötən bazar günü keçirilmiş seçkilər yeni İraqın siyasi sisteminin inkişafı yolunda mühüm mərhələdir. Parlamentin seçdiyi yeni hökumət ABŞ qoşunlarının ölkədən çıxarılması haqqında Birləşmiş Ştatlarla imzalanan müqavilənin yerinə yetirilməsinə nəzarət etməlidir.
Bütün ölkə üzrə seçkilərdəki səslərin sayılmasının ilkin nəticələrinin martın 18-də elan olunması gözlənilir, seçkilərin yekun nəticələri isə ayın sonunda elan olunacaq.