...

İran, Pakistan və Əfqanıstan daxili işlər nazirlərinin müştərək iclası İslamabadda keçiriləcək

Dünya xəbərləri Materials 2 Aprel 2010 13:39 (UTC +04:00)

İranın Pakistandakı səfiri Maşallah Şakiri bildirib ki, İran, Əfqanıstan Pakistan daxili işlər nazirlərinin yaxın gələcəkdə İslamabadda üçtərəfli iclası keçiriləcək. Bu barədə Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat yayıb.

Şakirinin sözlərinə görə, bu iclas martın 16-da İslamabadda keçirilməli idi. Əfqanıstan tərəfinin proqramında dəyişiklik olduğu üçün iclas təxirə salındı. "Hazırda üçtərəfli iclasın keçirilməsi üçün hazırlıq işləri gedir və yaxın gələcəkdə bu iclas baş tutacaq", - deyə Şakiri deyib.

Xəbər lenti

Xəbər lenti