...

İranın kənd təsərrüfatı naziri Misirə səfər edib

Dünya xəbərləri Materials 7 Aprel 2010 14:55 (UTC +04:00)

İranın kənd təsərrüfatı naziri Sadiq Xəlilyan bu gün Misirə səfər edib. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat yayıb.

Xəlilyan inkişaf etməkdə olan 8 ölkə (D-8) qrupuna üzv ölkələrin kənd təsərrüfatı nazirləinin iclasında iştirak etmək məqsədilə Misirə səfər edib. İclas bu gün Qahirədə dəniz, balıqçılıq və kimyəvi kükürd kimi məsələləri araşdırmaq məqsədilə keçiriləcək.

İclasda İran, Türkiyə, Pakistan, Malaziya, İndoneziya, Banqladeş, Nigeriya Misir ölkələri iştirak edir.

D-8, Türkiyənin cəhdiylə 22 oktyabr 1996-cı ildə İstanbulda qurulub. 15 iyun 1997-ci il tarixində sözügedən ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında, inkişaf etməkdə olan 8 ölkə rəsmi olaraq toplanmışdır.

Xəbər lenti

Xəbər lenti