İran vertolyot istehsal edəcək

Dünya xəbərləri Materials 16 Aprel 2010 13:33 (UTC +04:00)

İran Hərbi Hava Qüvvələrinin (HHQ) dördüncü qərargah rəisi polkovnik Məhəmməd Əli Əhmədabadi bildirib ki, vertolyotun istehsalı və uçuşu təyyarədən çətindir, lakin biz ümid edirik, yaxın 3-4 il ərzində ilk milli vertolyotumuzu istehsal edəcəyik. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Əhmədabadi deyib ki, hazırda HHQ vertolyotları gecə uçuşları və əməliyyatları etmək üçün qurğularla təchiz olunub. "Hazırda müharibə qaydaları dünyada dəyişib və daha gecə uçuşlarına məhdudiyyət olmamalıdır", - deyə o deyib.

O əlavə edib ki, hazırda uçuş qərargahlarında bu qurğuların sınağı keçirilir.

Əhmədabadi deyib ki, biz İranın HHQ-nin təlim mərkəzlərində qonşu ölkələrin və digər müsəlman ölkələrin pilotlarının təlim keçməsi üçün hazırıq.

Xəbər lenti

Xəbər lenti