...

İtaliyanın İrandakı səfiri parlamentə çağırılacaq

Dünya xəbərləri Materials 21 Aprel 2010 12:37 (UTC +04:00)

İtaliyanın İrandakı səfiri İtaliyada həbs olunmuş iranlı jurnalist Həmid Məsumunecadın işi ilə əlaqədar parlamentə çağırılacaq. Bunu parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Alladin Brucerdi deyib. Məlumatı MEHR agentliyi yayıb.

O əlavə edib ki, İtaliya səfiri ilə görüş çərşənbə günü olacaq. Görüşdə Məsuminecadın həbsi ilə bağlı hazırkı vəziyyət müzakirə olunacaq.

İran Dövlət Televiziyasının jurnalisti Həmid Məsuminecad martın əvvəlində İtaliya polisinin İrana qaçaqmalçılıq yolu ilə silah gətirilməsində şübhəli bilinən şəxslərin tutulması ilə bağlı keçirdiyi reyd zamanı saxlanılıb.

Xəbər lenti

Xəbər lenti