...

İsrail və Türkiyənin Baş Qərargah rəhbərləri telefonla danışıqlar aparıblar

Dünya xəbərləri Materials 1 İyun 2010 10:27 (UTC +04:00)
Bazar ertəsi İsrail ordusu Baş Qərargahının rəhbəri Qabi Aşkenazi özünün türkiyəli həmkarı İlkər Başbuğa zəng edib. Bu barədə "Anadolu" agentliyi Türkiyə Baş Qərargahının rəsmi veb-saytına istinadən məlumat verib.
İsrail və Türkiyənin Baş Qərargah rəhbərləri telefonla danışıqlar aparıblar

Bazar ertəsi İsrail ordusu Baş Qərargahının rəhbəri Qabi Aşkenazi özünün türkiyəli həmkarı İlkər Başbuğa zəng edib. Bu barədə "Anadolu" agentliyi Türkiyə Baş Qərargahının rəsmi veb-saytına istinadən məlumat verib.

Söhbətin mövzusu "Azadlıq donanması" humanitar yardım karvanı ətrafındakı hadisə olub.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə, ən azı, 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub.

Başbuğ söhbət zamanı bildirib ki, neytral sularda hərbi gücdən istifadə olunması yolverilməzdir.

"Belə üsulla vəziyyətə müdaxilə ciddi nəticələr doğurub", - general Başbuğ deyib.

Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyat qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilər isə 10 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti