...

İranın ali lideri ABŞ və Böyük Britaniyanı tənqid edib

Dünya xəbərləri Materials 4 İyun 2010 15:41 (UTC +04:00)

Adətən insan hüquqlarının müdafiəçiləri kimi çıxış edən ABŞ və Böyük Britaniya yaxınlarda İsrailin "Azadlıq donanması"na hücumu və Qəzza bölgəsinin 1,5 milyonluq əhalisinin üçillik blokadası məsələsində susmağa davam edir. Bunu IRINN telekanalının canlı yayımında İranın ali lideri ayətullah Əli Xamneyi deyib.

O əlavə edib ki, İsrail hərbçiləri tərəfindən hücuma məruz qalmış "Azadlıq donanması"nın gəmilərində heç bir hərbi yük olmayıb. Xamneyi İsrailin hərəkətlərini kəskin şəkildə pisləyib və bunu "əvvəlcədən hazırlanmış qətl" adlandırıb.

İsrail xüsusi təyinatlıları bazar ertəsinə keçən gecə 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçirib. Gəmilərdə humanitar yüklə yanaşı, blokada altında olan Fələstin anklavasına gedən 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti Türkiyə vətəndaşı olub. Dünya KİV-ləri İsrailin xüsusi əməliyyatı zamanı 19 nəfərin həlak olduğunu yazır, israillilər isə 10 nəfərin öldüyünü bildirirlər.

Xəbər lenti

Xəbər lenti