...

İsrail Türkiyədən üzr istəməyəcək - Netanyahu

Dünya xəbərləri Materials 3 İyul 2010 10:35 (UTC +04:00)
İsrail hərbçilərinin "Azadlıq donanması" beynəlxalq dəniz karvanına hücumuna görə Türkiyədən üzr istəməyəcək.
İsrail Türkiyədən üzr istəməyəcək - Netanyahu

İsrail hərbçilərinin "Azadlıq donanması" beynəlxalq dəniz karvanına hücumuna görə Türkiyədən üzr istəməyəcək. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Məlumatı Anadolu agentliyi yayıb.

"Bir quldur dəstəsinin bizim əsgərlərimizi öldürmək istəməsi vəziyyətində İsrailin üzr istəməsi mümkün deyil", - Netanyahu televiziyada çıxışı zamanı bildirib.

Baş nazir qeyd edib ki, elə bu səbəbdən reyd nəticəsində xəsarət alanlara təzminatın ödənilməsindən söhbət belə gedə bilməz.

"Bununla belə, biz hadisədə həlak olanlara görə təəssüf hissi keçiririk", - Netanyahu vurğulayıb.

Türkiyə və İsrail arasında münasibətlər mayın 31-də İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması"na etdiyi basqından sonra kəskin şəkildə pisləşib. Basqın nəticəsində 9 nəfər, o cümlədən 8 türk və 1 ABŞ vətəndaşı həlak olub, 19 nəfər isə yaralanıb. Buna cavab olaraq Türkiyə parlamenti hökumətdən İsraillə münasibətlərə yenidən baxmağı tələb edib.

Xəbər lenti

Xəbər lenti