...

İran ABŞ-ı Fars körfəzində sabitliyi pozmamağa çağırıb

Dünya xəbərləri Materials 2 Avqust 2010 14:03 (UTC +04:00)
Əgər ABŞ hər hansı bir səhv addım atarsa, regionda sabitsizlik yarancaq. Bu sözləri İranın "Sepah" keşikçilər korpus komandirinin siyasi məsələlər üzrə müavini Yədullah Cavani ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, admiral Mayk Mallenin Birləşmiş Ştatların İrana qarşı hərbi planlarının olduğu haqda açıqlamasından sonra bəyan edib.
İran ABŞ-ı Fars körfəzində sabitliyi pozmamağa çağırıb

Əgər ABŞ hər hansı bir səhv addım atarsa, regionda sabitsizlik yarancaq. Bu sözləri İranın "Sepah" keşikçilər korpus komandirinin siyasi məsələlər üzrə müavini Yədullah Cavani ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, admiral Mayk Mallenin Birləşmiş Ştatların İrana qarşı hərbi planlarının olduğu haqda açıqlamasından sonra bəyan edib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.

NBC telekanalına müsahibəsində Malen Vaşinqtonun İranın nüvə silahına malikolma perspektivindən çox narahatlıq keçirdiyini deyib və əlavə edib ki, "Hərbi plan masa üzərindədir. Hər şey Prezident Barak Obamanın seçimindən asılıdır".

Cavanin fikrincə, ABŞ-ın atacağı hər hansı bir səhv addım bütün regionda sabitsizliyə səbəb olacaq. "Fars körfəzi regionu strateji bir regiondur, əgər bu regionda sabitsizlik yaranarsa, onların özləri də ziyan görəcəklər, biz onlara qəti cavab verəcəyik", - deyə Cavani deyib.

Xəbər lenti

Xəbər lenti