...

Ərəb KİV Azərbaycanın iqtisadi uğurlarını və mədəni irsini qiymətləndirib

Dünya xəbərləri Materials 5 Avqust 2010 15:25 (UTC +04:00)
Livanın populyar "Al Hawadeth" həftəlik jurnalında və "Al-Bayrak" qəzetində Azərbaycanın son illər ərzində qazandığı siyasi və iqtisadi nailiyyətlərə həsr olunan məqalə dərc edilib.
Ərəb KİV Azərbaycanın iqtisadi uğurlarını və mədəni irsini qiymətləndirib

Livanın populyar "Al Hawadeth" həftəlik jurnalında və "Al-Bayrak" qəzetində Azərbaycanın son illər ərzində qazandığı siyasi və iqtisadi nailiyyətlərə həsr olunan məqalə dərc edilib.

Azərbaycanın coğrafi məlumatları ilə başlayan birsəhifəlik məqalədə müəllif çoxəsrlik tarixə malik "Avropanın ən qədim mədəni" ölkələrindən biri olan Azərbaycanın qədim tarixini ətraflı təsvir edir.

Müəllif qeyd edir ki, əhalisinin əksəriyyətinin İslam dininə etiqad etdiyi ölkədə, tarixən  yaşamış dini azlıqlar konstitusiyanın verdiyi vətəndaşlıq hüquqlarından azad istifadə edirlər.

Məqalədə, sonradan sovet rejimi tərəfindən devrilən İslam Şərqində, 1918-ci ildə ilk dəfə yaradılan Demokratik Respublika uğrunda Azərbaycan xalqının apardığı tarixi mübarizədən danışılır. "Lakin 1991-ci ildə ölkə lider Heydər Əliyev sayəsində yenidən müstəqilliyini bərpa etdi", - məqalə müəllifi İyyad əl-Bəni yazıb.

Əl-Bəni Dağlıq Qarabağ münaqişəsi haqda danışaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini boşaltması haqqında qəbul etdiyi qətnaməni yerinə yetirməsini tələb etdiyini qeyd edib.

Müəllif Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurlara da xüsusi diqqət yetirib.

Azərbaycanın neft-qaz sərvəti 90-cı illərdən etibarən, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Azərbaycanın dəmir yollarını Avropa və Yaxın Şərqin dəmir yolları ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sayəsində dünya bazarlarına çıxmağa başlayıb.

"Lakin Azərbaycanın təbii sərvətləri təkcə neft və qazla kifayətlənmir; ölkənin gözəl təbiəti, Şərq və Qərb arasında strateji cəhətdən yerləşməsi sayəsində böyük turist potensialı var", - məqalə müəllifi qeyd edir.

"Azərbaycan, ölkələr arasında dünya daşımaları və əlaqə mərkəzi kimi, 1993-cü ildən etibarən TRASEKA layihəsinin həyata keçirilməsində iştirak edir", - məqalədə qeyd olunur.

Bundan başqa, 2009-cu il ərzində ölkədə xarici investisiya və 9,3 faiz artmaqla adambaşına 4784 dollar təşkil edən ümumdaxili məhsul həcminin kəskin artımı müşahidə olunub. İstehsal 12,7 faiz, kənd təsərrüfatı 3,5 faiz, nəqliyyat xidmətləri 9,3 faiz, telekommunikasiya sahələri 13,1 faiz artıb.

Əl-Bəninin qeyd etdiyinə görə, bütün bunların dünya maliyyə böhranı şəraitində baş verməsi paradoks doğurur.

Məqalə müəllifinin sözlərinə görə, Azərbaycan hökuməti azərbaycanılı tələbələri dünyanın ən yaxşı universitetlərində oxutmaq üçün dövlət proqramını inkişaf etdirməklə təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirir.

Bundan başqa, ölkədə qədim tarixi abidələr bərpa edilir ki, onların da bir hissəsi YUNESKO-nun dünya irsi siyahısına daxil edilib, Azərbaycan hökuməti xarici mədəni layihələrin maliyyələşdirilməsində də iştirak edir. Nümunələrdən biri kimi, məşhur Luvr muzeyinin bərpasına bir milyon avronun ayrılmasını göstərmək olar.

"Ölkədə yeni yolların, körpülərin, yaşayış və idman komplekslərinin, dünya standartlarına cavab verən tibb mərkəzlərinin tikintisi davam edir", - Əl-Bəni yazır.

"Azərbaycan İslam Dünyasına Üzeyir Hacıbəyov tərəfindən 1908-ci ildə yazılan ilk operanı hədiyyə edib. Azərbaycanın musiqi yaradıcılığı - muğam və aşıq mədəniyyəti YUNESKO-nun folklor irsi siyahısına daxil edilib". Bu barədə Livan mətbuatının məqaləsində qeyd olunur.

Xəbər lenti

Xəbər lenti