...

Fələstində müstəqil referendum keçirilməlidir – Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 3 Sentyabr 2010 14:39 (UTC +04:00)
Fələstində müstəqil referendum keçirilməlidir. Bunu cümə günü İran Prezidenti Mahmud Əhmədinejad "Qüds günü" ilə bağlı çıxışı zamanı deyib.
Fələstində müstəqil referendum keçirilməlidir – Mahmud Əhmədinejad

Fələstində müstəqil referendum keçirilməlidir. Bunu cümə günü İran Prezidenti Mahmud Əhmədinejad  "Qüds günü" ilə bağlı çıxışı zamanı deyib.

"Qərb "sionist" rejimini dəstəkləməkdən əl çəkməlidir. Əgər onlar (Qərb ölkələri) yəhudiləri belə sevirlərsə, onda qoy onları Avropada məskunlaşdırsınlar", - çıxışı İranın dövlət telekanalının canlı efirində yayımlanan Əhmədinejad deyib.

O əlavə edib ki, Fələstində sülhün bərqərar olması üçün müstəqil referendum keçirilməlidir və BMT-nin qanunları çərçivəsində müstəqil Fələstin dövləti yaradılmalıdır.

İran Prezidenti dünya ictimaiyyətini İsrailə qarşı çıxış etməyə çağırıb.

"Dünyanın bütün ölkələri bilməlidirlər ki, "sionist" rejiminin cinayətlərini dəstəkləməklə, dünya xalq məhkəməsi qarşısında onun içtirakçısına çevrilirlər", - o deyib.

Əhmədinejad daha sonra əlavə edib ki, "sionist" rejimi İrana hücum edə bilməz.

"Qüds günü" münasibətilə bu gün İranın bütün şəhərlərində Fələstin xalqı ilə həmrəyliyin nümayiş etdirilməsi üçün mitinqlər keçirilib.

İranın paytaxtı Tehran şəhərində insanlar küçələrə axışaraq "İsrailə ölüm", "Amerikaya ölüm", "Qüdsə azadlıq" şüarları səsləndiriblər. Aksiya iştirakçıları İsraili ağır cinayətlərdə ittiham edərək Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan ediblər. Yürüş iştirakçıları aksiyanı paytaxtın mərkəzi məscidində cümə namazı ilə başa vurublar.

1979-cu il İran İslam İnqilabından sonra Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirmək məqsədilə hər il Ramazan ayının sonuncu cümə günü "Qüds günü" elan edilib. O dövrdən etibarən hər ilin bu günü müsəlmanlar İsrailə etiraz əlaməti olaraq aksiyalar keçirirlər.

Xəbər lenti

Xəbər lenti