...

Türkiyənin hakim partiyası Britaniyanın "The Daily Telegraph" qəzetini məhkəməyə verib

Dünya xəbərləri Materials 16 Sentyabr 2010 16:05 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Britaniyanın "The Daily Telegraph" qəzetini bu yaxınlarda dərc etdiyi məqaləyə görə məhkəməyə verib.
Türkiyənin hakim partiyası Britaniyanın "The Daily Telegraph" qəzetini məhkəməyə verib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Britaniyanın "The Daily Telegraph" qəzetini bu yaxınlarda dərc etdiyi məqaləyə görə məhkəməyə verib. Məqalə müəllifi AKP-nin İran tərəfindən maliyyə dəstəyi aldığını iddia edir. Məlumatı "TRT Russian" saytı yazır.

Türkiyədə Konstitusiya dəyişiklərinin edilməsi üzrə referendumun keçirilməsindən sonra Britaniya qəzetində İranın 2011-ci ildəki seçkilərlə bağlı onun seçki kampaniyasını maliyyələşdirmək üçün AKP-yə 25 milyon dollar ayırdığını iddia edən məqalə meydana çıxıb.

Qəzet yazır ki, İran üçüncü dəfə öz namizədliyini irəli sürmək fikrində olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana artıq 12 milyon dollar verib, yerdə qalan vəsait isə bir az sonra hesaba köçürüləcək.

Türkiyənin hakim partiyası bu məlumatı təkzib edib və yerli və beynəlxalq məhkəmələrdə ədalətə nail olmaq fikrində olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti