...

İran-İraq münasibətləri region üçün əlverişlidir – Əhmədinejad

Dünya xəbərləri Materials 20 Sentyabr 2010 11:49 (UTC +04:00)
İraqla münasibətlərin möhkəmləndirilməsi regionun marağındadır. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Nyu-Yorkda özünün iraqlı həmkarı Cəlal Təlabani ilə görüşündə bildirib, - "Press-TV" xəbər verir.
İran-İraq münasibətləri region üçün əlverişlidir – Əhmədinejad

İraqla münasibətlərin möhkəmləndirilməsi regionun marağındadır. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Nyu-Yorkda özünün iraqlı həmkarı Cəlal Təlabani ilə görüşündə bildirib, - "Press-TV" xəbər verir.

"İranla İraq arasında münasibətlərin möhkəmləndirilməsi regionda sülh və təhlükəsizlik üçün əlverişlidir", - Əhmədinejad bildirib.

İraq Prezidenti İslam Respublikası ilə İraq arasında tarixi bağlılığı və mədəniyyətlərin oxşar olduğunu qeyd edib. "Bu iki ölkə ikitərəfli və regional əlaqələrin inkişafında böyük potensiala malikdir", - o əlavə edib.

Əhmədinejad İraqda sabitliyin və təhlükəsizliyin bərpasının vacibliyini qeyd edib və yaxın vaxtlarda bu ölkədə yeni hökumətin yaradılacağına ümid etdiyini bildirib.

Öz növbəsində, Təlabani İraqda sabitliyin və təhlükəsizliyin bərpa olunmasında İranın rolunu yüksək qiymətləndirib. "İran həmişə İraq xalqını dəstəkləyib, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çalışıb və ölkənin bütövlüyünü dəstəkləyib", - o bildirib.

İraq Prezidenti onu da əlavə edib ki, Bağdad Tehranla münasibətlərin inkişafı üçün bütün imkanlardan istifadə edəcək.

İran və İraq prezidentləri, həmçinin, vacib regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi də aparıblar.

Əhmədinejadla Təlabaninin görüşü BMT Baş Assambleyasının sentyabrın 23-dən 30-dək keçiriləcək 65-ci sessiyası çərçivəsində baş tutub. Təhlükəsizlik Şurasının iclasının keçirilməsi sentyabrın 23-nə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti