...

Gürcüstanda Suxuminin süqutunun 17 illiyi qeyd edilir

Dünya xəbərləri Materials 27 Sentyabr 2010 16:12 (UTC +04:00)
Bu gün Suxuminin süqutunun 17 ili tamam olur. Bununla əlaqədar Gürcüstanda siyasi və ictimai təşkilatlar bütün ölkə miqyasında müxtəlif tədbirlər keçirirlər.
Gürcüstanda Suxuminin süqutunun 17 illiyi qeyd edilir

Gürcüstan, Tbilisi, 27 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Suxuminin süqutunun 17 ili tamam olur. Bununla əlaqədar Gürcüstanda siyasi və ictimai təşkilatlar bütün ölkə miqyasında müxtəlif tədbirlər keçirirlər.

Gürcüstanın pravoslav kilsələrində Abxaziyada həlak olanların ruhuna ayinlər icra olunacaq.

Suxumi Universitetinin tələbələri bu gün gecə Gürcüstanın bütövlüyü uğrunda mübarizədə həlak olanların abidəsi qarşısında şəhid olan qəhrəmanları yad ediblər, Abxaziya hökumətinin sədri Giya Baramiya və hökumət üzvləri abidə üzərinə əklil qoyublar. Tədbir Abxaziya hökuməti tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində bir neçə gün əvvəl təqib olunduğuna görə Abxaziyanı tərk edən abxaz ana abxaz dilində həmvətənlərinə müraciət edib.

Gecə saat 01:00-da Abxaziya ilə sərhəddə yerləşən Qanmuxuri körpüsündə dinc aksiya keçirilib.

Elə bu gün saat 14:00-da Tbilisidəki Qələbə parkında "gürcü legionlar" tərəfindən təşkil olunan xalq toplantısı keçirilib. Tədbirdə ictimai və siyasi partiyaların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti