...

Səkinə Aştiani qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilib – baş prokuror

Dünya xəbərləri Materials 28 Sentyabr 2010 11:17 (UTC +04:00)
Səkinə Məhəmmədi Aştiani qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilib və bu hökm zina üçün prioritet qərardır. Bu barədə İranın baş prokuroru Qulam Hüseyn Möhsani Ecey bəyan edib. Xəbəri Mehr agentliyi yayıb.
Səkinə Aştiani qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilib – baş prokuror

Səkinə Məhəmmədi Aştiani qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilib və bu hökm zina üçün prioritet qərardır. Bu barədə İranın baş prokuroru Qulam Hüseyn Möhsani Ecey bəyan edib. Xəbəri Mehr agentliyi yayıb.

"Məhkəmənin qərarına uyğun olaraq, o, qətl törətdiyinə görə mühakimə olunub və ona kəsilən cəza sədaqətsizlik üçün prioritet qərardır", - Möhsani Ecey bazar ertəsi mətbuat konfransında bildirib.

Prokurorun bəyanatı o deməkdir ki, Aştiani daşqalaq yolu ilə edam olunmayacaq, çünki o, qətl törətdiyinə görə edam edilməlidir.

"Bu məsələni siyasiləşdirməyə dəyməz və məhkəmə hakimiyyəti Qərb KİV-in başladığı təbliğat kampaniyasından asılı deyil", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti