...

Məşhur amerikalı tarixçidən "erməni soyqırımı" haqqında söylədiklərinə görə təhqir etdikləri üçün üzr istədilər

Dünya xəbərləri Materials 1 Oktyabr 2010 14:35 (UTC +04:00)
Amerikanın vətəndaş hüquqlarının müdafiəsi təşkilatı görkəmli tarixçi Günter Levini 1915-ci il hadisələri haqqında söylədikləri ilə bağlı təhqir etdiyinə görə üzr istəyib. Bu barədə Türkiyənin "Hürriyyət" qəzeti yazır.
Məşhur amerikalı tarixçidən "erməni soyqırımı" haqqında söylədiklərinə görə təhqir etdikləri üçün üzr istədilər

Amerikanın vətəndaş hüquqlarının müdafiəsi təşkilatı görkəmli tarixçi Günter Levini 1915-ci il hadisələri haqqında söylədikləri ilə bağlı təhqir etdiyinə görə üzr istəyib. Bu barədə Türkiyənin "Hürriyyət" qəzeti yazır.

2005-ci ildə çap olunan və Osmanlı İmperiyasındakı hadisələrə həsr olunmuş öz kitabında Massaçutest Universitetinin 87 yaşlı politologiya müəllimi Levi erməni lobbisinin "soyqırımı" törədilməsi barədə ittihamlarının əsassız və yalan adlandırıb.

Mərkəzi Alabamada yerləşən Amerikanın vətəndaş hüquqlarının müdafiəsi təşkilatı (Southern Poverty Law Center) Levini "türk casusu" adlandırıb.

Öz ünvanına səsləndirilən təhqirə dözməyən tarixçi təşkilatı məhkəməyə verib və mənəvi ziyana görə səkkiz milyon dollar ödənilməsini tələb edib.

Təşkilat rəsmən üzr istəyib və Levinin ünvanına söylədiyi ittihamdan imtina edib.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin varisi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Dünya ölkələrində təbliğatı gücləndirən ermənilər bəzi dövlətlərin parlamentləri tərəfindən qondarma erməni soyqırımının tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti