...

Möttəki Burkina-Fasoya səfər edib

Dünya xəbərləri Materials 28 Oktyabr 2010 13:08 (UTC +04:00)
İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki Burkina-Fasonun paytaxtı Uaqaduquya gəlib. Beynəlxalq Hava Limanında onu ölkənin xarici işlər naziri rəsmi şəkildə qəbul edib. Məlumatı İRNA İnformasiya Agentliyi yayıb.
Möttəki Burkina-Fasoya səfər edib

İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki Burkina-Fasonun paytaxtı Uaqaduquya gəlib. Beynəlxalq Hava Limanında onu ölkənin xarici işlər naziri rəsmi şəkildə qəbul edib. Məlumatı İRNA İnformasiya Agentliyi yayıb.

Agentlikdən verilən məlumata görə, xarici siyasət idarəsinin rəhbəri Moktar Ueyn tərəfindən Burkina-Fasoya dəvət olunan Möttəki ölkə Prezidenti, Baş nazir və Parlamentin spikeri ilə görüşmək və danışıqlar aparmaq niyyətindədir.

Möttəkinin Ueynlə görüşü cümə axşamı günün ikinci yarısına planlaşdırılıb.

İİR-in xarici işlər nazirinin səfər proqramına müəllimlərin hazırlığı üzrə özəl kollecə baş çəkmək də daxildir.

Möttəki cümə axşamı Burkina-Fasodan Qanaya yola düşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti