...

İlk addımı Vyana qrupu atmalıdır – İran XİN rəhbəri

Dünya xəbərləri Materials 6 Noyabr 2010 13:30 (UTC +04:00)

Vyana qrupu (BAEA, ABŞ, Fransa, Çin və Rusiya) yanacaq mübadiləsi üzrə danışıqların bərpasında ilk addım atmalıdır. İranın xarici işlər naziri Mənuçöhr Müttəki belə düşünür. Məlumatı MEHR informasiya agentliyinə istinadən "Tehran Times" qəzetinin saytı yayıb.

"Vyana qrupu indiyədək danışıqlar üçün heç bir yeni təklif irəli sürməyib, lakin əlbəttə ki, qrup prosesin irəliləməsinə kömək etmək üçün ilkin səy göstərməlidir", - Müttəki qeyd edib.

O, İran və "5 +1" qrupu ilə planlaşdırılan danışıqlarla bağlı vurğulayıb ki, danışıqların mövzusu və gündəliyi barədə razılıq əldə olunarsa, bu daha səmərəli ola bilər.

Müttəki ona verilən "5 +1" qrupuna hansısa ölkənin qoşulacağı barədə sualı cavablandırarkən qeyd edib ki, bu istiqamətdə danışıqlar aparılır.

"5+1" və ya "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü + Almaniya) adlandırılan qrup 2003-cü ildən etibarən İrandan nüvənin yayılmaması rejiminə təhlükə törədə biləcək uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasını tələb edirlər.

Bundan əvvəl Müttəki bildirib ki, İranın nüvə proqramı üzrə "altılıq"la danışıqları noyabrın 10-u və ya 15-də Vyana, İstanbul və ya Cenevrədə bərpa oluna bilər.

Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton oktyabrda İrana danışıqları noyabrın ortalarında Vyanada keçirməyi təklif edib. Buna cavab olaraq, Müttəki Aİ-ni danışıqların müddətini konkretləşdirməyə çağırıb. Aİ nümayəndələri oktyabrın 16-da noyabrın 15-16-sı tarixlərini təklif ediblər.

Xəbər lenti

Xəbər lenti