...

İran nüvə məsələsi barədə müzakirə aparmayacaq - Prezident Əhmədinejad

Dünya xəbərləri Materials 10 Noyabr 2010 14:26 (UTC +04:00)
"İran dəfələrlə bildirib ki, müzakirələr aparmağa hazırdır, lakin biz əsas hüquqlarımızdan hesab etdiyimiz məsələni (sülhyönlü nüvə proqramı) heç kəslə müzakirə etməyəcəyik", - İran Prezidenti Mahmud Əhmədinejad deyib.
İran nüvə məsələsi barədə müzakirə aparmayacaq - Prezident Əhmədinejad

"İran dəfələrlə bildirib ki, müzakirələr aparmağa hazırdır, lakin biz əsas hüquqlarımızdan hesab etdiyimiz məsələni (sülhyönlü nüvə proqramı) heç kəslə müzakirə etməyəcəyik", - İran Prezidenti Mahmud Əhmədinejad bu gün Qəzvin şəhərində çıxışı zamanı İran və "5+1" ölkələri (BMT TŞ-nin daimi üzvləri və Almanya) arasında gözlənilən müzakirələr barədə danışarkən deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib.

Əhmədinejad əlavə edib ki, İran müzakirələrin ədalətli və qarşılıqlı hörmət şəraitində aparılmasını istəyir. "Biz bərabər şəraitdə dünyada baş verən proseslər barədə müzakirə aparmağa və problemlərin həllinə kömək etməyə hazırıq", - Əhmədinejad deyib.

O, əlavə edib ki, müzakirələr dünyada sülhün bərpasına kömək və problemlərin həllində əməkdaşlıq etmək üçün bərabər şəraitdə aparılacaq.

İran 2005-ci ildə Əhmədinejadın prezident seçkilərində qələbəsindən sonra 2003-cü ildə dondurulmuş nüvə fəaliyyətlərini davam etdirib və 2006-cı ildən indiyədək BMT Təhlükəsizlik Şurasının bu ölkəyə tətbiq etdiyi 6 qətnaməyə baxmayaraq, uranın zənginləşdirilməsi proqramını dayandırmayıb.

İrana qarşı 6 qətnamə çərçivəsində 4 dövr sanksiya tətbiq olunub.

"5+1" və ya "altılıq" adlandırılan qrup 2003-cü ildən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə İranda nüvə silahının yayılmaması rejiminə təhlükə törədə biləcək uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasına nail olmağa çalışır.

Xəbər lenti

Xəbər lenti