...

ABŞ və Aİ Avropaya gaz idxalını Yaxın Şərq və Xəzər regionları hesabına genişləndirir - Hillari Klinton

Dünya xəbərləri Materials 20 Noyabr 2010 02:01 (UTC +04:00)

ABŞ və onun tərəfdaşları Yaxın Şərq ölkələri və Xəzəryanı regionu ilə əməkdaşlığın genişləndirilməsi hesabına Avropaya təbii gazın idxalının yeni mənbələrinin təmin edilməsi üzərində iş görür. Bu barədə enerqetika üzrə ABŞ - Aİ şürasının iclasında çıxış edərkən ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib.
  
Çıxışın stenoqramını ABŞ-ın Dövlət Departamentinin mətbuat xidməti yayıb. Bu barədə RİA Novosti informasiya agentliyi məlumat verib.

"Bir il əvvəl işə başladığımız vaxtdan bəri biz əhəmiyyətli uğurlara nail olmuşuq. Biz Yaxın Şərqdə və Azərbaycan da daxil olmaqla Xəzər regionunda olan tərəfdaşlarımız ilə əməkdaşlığın genişləndirilməsi hesabına Avropaya təbii gazın idxalının yeni mənbələrinin təmin edilməsi üzərində iş görürük; Gürcüstan və Türkiyədən Avropaya gazın idxalının yeni yolunu təmin edirik. Cənub gaz dəhlizi Avropa bazarına diversifikasiya edilmiş enerji mənbələrini əldə etməyə və Avropanın enerji təklükəsizliyini gücləndirməyə imkan verəcək", ABŞ-ın dövlət katibi deyib.

Klintona görə, ABŞ və Aİ ətraf mühiti müdafiə etməyi təyinatı olan ən yeni texnologiyaların tətbiq edilməsi sahəsində dünya liderləri, ABŞ və Aİ şürası isə enerji bazarlarının müasirləşdirilməsi və maksimal enerji səmərəliliyin təmin olunması hesabına iqtisadi böhranla mübarizə üzrə danışıqlar üçün ideal yer ola bilərlər.

Xəbər lenti

Xəbər lenti