...

Türkiyədə kütləvi dava baş verib, yaralananlar var

Dünya xəbərləri Materials 22 Noyabr 2010 12:30 (UTC +04:00)
Türkiyənin Şanlıurfa vilayətində iki ailə arasında 600 nəfərin iştirakı ilə kütləvi dava baş verib. Dava nəticəsində 22 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Türkiyədə kütləvi dava baş verib, yaralananlar var

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Türkiyənin Şanlıurfa vilayətində iki ailə arasında 600 nəfərin iştirakı ilə kütləvi dava baş verib. Dava nəticəsində 22 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Bu haqda Türkiyənin Milliyət qəzeti məlumat verib. Baş verən davanın qarşısının alınması üçün hadisə yerinə polis və jandarm qüvvələri gətirilib. Polisin müdaxiləsindən sonra davanın qarşısı alınıb. Şanlıurfa polis məntəqəsinin verdiyi açıqlamaya görə, kütləvi davanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti