...

Cenevrədə İranla "altılıq" arasında danışıqlar başlayıb

Dünya xəbərləri Materials 6 Dekabr 2010 15:04 (UTC +04:00)

Qərbin danışıqlar masasına qayıtmaqla bağlı istəyini ifadə etməsindən sonra bazar ertəsi Cenevrədə İranla dünyanın ən iri dövlətləri arasında danışıqlar başlayıb. Bu barədə Press TV məlumat verib.

İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.

Noyabrın əvvəllərində İran nüvə proqramı üzrə danışıqların noyabrın 23-də və ya dekabrın 5-də İstanbulda keçirilməsini təklif edib. Bu təklif Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanlanan məktubda irəli sürülüb. Aİ İrana danışıqların Cenevrədə keçirilməsini təklif edib, Teharn bu təkliflə razılaşıb. Eşton ötən həftə təsdiq edib ki, o, "altılıq" ölkələrinin vasitəçisi kimi İran nümayəndələri ilə danışıqları dekabrın 6-7-də Cenevrədə aparacaq.

Xəbər lenti

Xəbər lenti