Dəfələrlə müşahidə olunub ki, insan haqları sahəsində heç bir iş görməyən şəxslər (beynəlxalq təşkilatlar tərəfindən) mükafatlandırılırlar. Onlardan Şirin Ebadini göstərmək olar. Bunu İran İnsan Haqları üzrə Şuranın katibi Məhəmməd Cavad Laricani bildirib.
2003-cü ildə Şirin Ebadi Sülh Nobel mukafatı laureatı olub. O, İranda bir çox siyasi-mədəni fəalların vəkili olub. İranda 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra xanım Ebadi ölkəni tərk edib və hazırda xaricdə yaşayır.
İSNA agentliyinin məlumatına görə, Laricani bildirib ki, bu xanım (Şirin Ebadi) insan haqları müdafiəçisi kimi göstərilir, amma insan haqlarının inkişafı sahəsində heç bir addım atmayıb.
O, əlavə edib ki, Şirin Ebadi ABŞ və Britaniyanın xarici işlər nazirliklərinin dediyi sözləri təkrarlayır.