...

Türkiyə və Suriyanın baş nazirləri iki ölkənin Strateji Əməkdaşlıq Şurasının iclasını keçirəcəklər

Dünya xəbərləri Materials 20 Dekabr 2010 10:35 (UTC +04:00)

Suriyanın Baş naziri Məhəmməd Naci əl-Otari və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ankarada Türkiyə və Suriyanın Strateji Əməkdaşlıq Şurasının iclasını keçirəcəklər. Bu barədə Anadolu agentliyi Türkiyə Baş nazirinin dəftərxanasına istinadən məlumat verib.

İkigünlük iclasda 12 türk və 13 suriyalı nazir iştirak edəcək. Eləcə də, Şurada Suriya vitse-prezidentinin köməkçisi Həsən Türkmani də iştirak edəcək.

İclas iştirakçıları iki qonşu dövlət arasında münasibətlərin yaxşılaşdırılması və əməkdaşlığın fəallaşdırılması yollarını müzakirə edəcəklər. Məlumatda deyilir ki, bundan əlavə, nazirlər regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi də aparacaqlar.

Suriyanın nümayəndə heyətini Türkiyə Prezidenti Abdullah Gül də qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti