...

İraq həbsxanalarında saxlanılan iranlı məhkumların əfv edilməsi üçün müraciət olunub

Dünya xəbərləri Materials 26 Aprel 2011 16:25 (UTC +04:00)
İraq həbsxanalarında saxlanılan iranlı məhkumların əfv edilməsi üçün dövlət rəsmilərinə müraciət olunub.
İraq həbsxanalarında saxlanılan iranlı məhkumların əfv edilməsi üçün müraciət olunub

İraq həbsxanalarında saxlanılan iranlı məhkumların əfv edilməsi üçün dövlət rəsmilərinə müraciət olunub. Bunu İranın İraqdakı səfiri Həsən Danayifərd deyib. Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.

O əlavə edib ki, artıq 200 iranlı məhbusun siyahısı əfv edilməsi üçün İraqın rəsmilərinə göndərilib.

Danayifərd deyib ki, İraq Prezidenti həmin məhbusların əfv olunmasına razılıq verib. "Ümid edirik ki, tezliklə onlar əfv olunaraq İrana qayıdacaq", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti