...

İranda sevgilisini kor etmiş kişidən qısas alınacaq

Dünya xəbərləri Materials 10 May 2011 12:45 (UTC +04:00)
İranda sevgilisinin gözlərinə sulfat turşusu tökərək onu kor etmiş kişidən qısas alınacaq. Bu barədə Trend İranın /asriran.com/ saytına istinadən məlumat verir.
İranda sevgilisini kor etmiş kişidən qısas alınacaq

Azərbaycan, Bakı, 10 may /Trend/

İranda sevgilisinin gözlərinə sulfat turşusu tökərək onu kor etmiş kişidən qısas alınacaq. Bu barədə Trend İranın /asriran.com/ saytına istinadən məlumat verir.

Məlumata əsasən, Məcid adlı şəxs 2004-cü ildə sevdiyi qız Amənə Bəhraminin üzünə sulfat turşusu ataraq onun gözlərinin kor olmasına səbəb olub. İran məhkəməsinin qərarına görə, şənbə günü Məciddən törətdiyi əmələ görə qısas alınacaq. Belə ki, onun da gözlərinə sulfat turşusu töküləcək.

Saytın məlumatına görə, 2004-cü ildə Məcid Amənəyə evlənmək təklif edib. Amənə bu təklifi qəbul etmədiyi üçün Məcid onun üzünə sulfat turşusu töküb. Hadisə nəticəsində Amənənin gözləri kor olub. O, bundan sonra məhkəməyə müraciət edib.

Son illər İranda qadınların üzünə sulfat turşusu atılması halları çoxalıb. Buna görə də, İran məhkəməsi belə cinayətlərin qarşısını almaq məqsədilə ilk dəfə olaraq, ittiham olunan şəxslərdən sulfat turşusu ilə qısas alınmasına dair hökm çıxarıb.

Xəbər lenti

Xəbər lenti