...

Ratko Mladiç Haaqa məhkəməsi qarşısına çıxıb

Dünya xəbərləri Materials 3 İyun 2011 14:22 (UTC +04:00)
Bosniya serbləri qoşunlarının keçmiş komandanı Ratko Mladiç cümə günü ilk dəfə olaraq Haaqada Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal qarşısında dayanıb. Trend-in məlumatına görə, bu barədə BBC telekanalı xəbər yayıb.
Ratko Mladiç Haaqa məhkəməsi qarşısına çıxıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bosniya serbləri qoşunlarının keçmiş komandanı Ratko Mladiç cümə günü ilk dəfə olaraq Haaqada Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal qarşısında dayanıb. Trend-in məlumatına görə, bu barədə BBC telekanalı xəbər yayıb.

Məhkəmə iclasında 69 yaşlı generalın şəxsiyyəti rəsmən təsdiqlənib, ona soyqırım və insanlığa qarşı cinayətlərə görə ittiham oxunub.

Mladiç barəsində irəli sürülən əsas soyqırım ittihamı 1995-ci ildə Srebrenitsada 7500 bosniyalı kişi və oğlan uşağının qətliamı ilə bağlıdır.

İttihamın bir neçə bəndi üçün əsas kimi digər mühüm epizod Sarayevanın 1992-ci ilin mayından başlayan və 10 min insanın ölümü ilə nəticələnən 44 aylıq mühasirəsidir.

Xəbər lenti

Xəbər lenti