...

Suriya ordusu Türkiyə sərhədində 6 nəfəri öldürüb

Dünya xəbərləri Materials 9 Avqust 2011 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Bu gün Suriya ordusu ölkədə baş verən toqquşmalardan qaçaraq İdlib şəhərindən Türkiyəyə keçməyə çalışan altı nəfəri qətlə yetirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib. Ordunun həyata keçirdiyi əməliyyat nəticəsində ölənlərlə yanaşı, 17 nəfərin yaralandığı da bildirilir.

Suriyanın bir çox şəhərlərində ordu ilə Prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 800-dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100-dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali deyil, silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Suriyada baş verən hadisələrə etiraz olaraq dünən Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.

Bu gün Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Suriyaya səfər edib. Hazırda Suriya Prezidenti Başşar Əsəd və Türkiyə XİN rəhbəri danışıqlar aparırlar.

Xəbər lenti

Xəbər lenti