...

ABŞ Cənubi Qafqazda sülh, təhlükəsizlik və demokratik institutları dəstəkləmək niyyətindədir

Dünya xəbərləri Materials 16 Sentyabr 2011 12:42 (UTC +04:00)
ABŞ Administrasiyası Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik, iqtisadi inkişaf və demokratik institutları dəstəkləmək niyyətindədir.
ABŞ Cənubi Qafqazda sülh, təhlükəsizlik və demokratik institutları dəstəkləmək niyyətindədir

ABŞ, Vaşinqton, 16 sentyabr /Trend, xüsusi müxbir M.Assanova/

ABŞ Administrasiyası Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik, iqtisadi inkişaf və demokratik institutları dəstəkləmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə sentyabrın 15-də Vaşinqtonda Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər.

Konfransda əsas diqqət demokratik institutların, vətəndaş cəmiyyətlərinin və müstəqil məhkəmə sistemlərinin inkişafına ayrılıb. Qeyd olunub ki, demokratik islahatlar və iqtisadi inkişaf sahələrində irəliləyişlər regiondakı həlli yubanan münaqişələrin həllinin mümkünlüyü üçün böyük sabitliyi təmin edəcək.

Konfansda çıxış edən analitiklər, alimlər və siyasətçilər Rusiya, İran, Türkiyə, Avropa və ABŞ-ın maraqlarının kəsişdiyi Cənubi Qafqazın geostrateji əhəmiyyətini qeyd ediblər. Habelə, Corctaun Universitetinin professoru Ancela Stent bəyan edib ki, Gürcüstandakı münaqişə bu ölkənin NATO-ya üzv olmaq cəhdindən irəli gələn Rusiya ilə Qərb arasındakı geosiyasi rəqabətin nəticəsidir.

ABŞ-ın Milli Müdafiə Universitetindən polkovnik Con Çikli qeyd edib ki, Nyu-Yorkda və Vaşinqtonda 2001-ci il 11 sentyabr terror aktları səbəbindən ABŞ-ın Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələsi üzrə fəaliyyətinin intensivliyi dəyişib. Onun sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsi ilə birgə ABŞ-ın təhlükəsizliyinə sözün ən geniş mənasında Avropanı, Yaxın Şərqi, Orta Asiyanı və Əfqanıstanı birləşdirən "geostrateji təməl" kimi baxılır. Əfqanıstanla rabitə xətləri, eləcə də Şimal tədarük şəbəkəsi NATO-nun Əfqanıstanda apardığı hərbi əməliyyatların dəstəklənməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Habelə 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi, qlobal iqtisadi və maliyyə böhranı, Amerika-Rusiya münasibətlərindəki "təkrar yüklənmə" kimi amillər ABŞ-la Cənubi Qafqazın üç ölkəsi arasındakı münasibətlərə mənfi təsir göstərir.

Trend-in Ekspert Şurasının üzvü, Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri və "İrs" Fondunun aparıcı eksperti Ariel Koen konfransdakı yekun çıxışında qeyd edib ki, təkcə Rusiya deyil, İran və Türkiyə də 2014-cü ildən sonra ABŞ-ın regionda iştirakının azalmasını nəzərdə tutur. O xəbərdarlıq edib ki, əgər ABŞ regionda boşluq yaradarsa, İran və Türkiyə cəld həmin boşluğu doldura bilər. Ona görə də, Amerika üçün müxtəlif geosiyasi məqsədlərin, eləcə də sabitliyini, energetik və demokratik inkişafın təmin olunması məqsədilə Cənubi Qafqazda aktiv iştirakın qorunub saxlanılması vacibdir.

Xəbər lenti

Xəbər lenti