Azərbaycan, Bakı,12 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Misirin Silahlı Qüvvələr Şurası hökumətdəki dəyişikliklərlə bağlı qərarın hakimiyyətin özü tərəfindən qəbul edilməsini əsas gətirərək Baş nazirin müavini Hazim əl-Bəbləvinin istefa barədə xahişini qəbul etməyib. Bu barədə Trend çərşənbə günü "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.
Dünən istefa verən Misirin Baş nazirinin müavini Hazim əl-Bəbləvi bu vəzifəyə hazırkı Baş nazir İsam Şərif tərəfindən təyin edilib. O, istefaya göndərilən Baş nazirin müavini Yəhya əl-Qamlyənin yerini tutub.