Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir T.Cəfərov/
İranda oktyabrın 24-dən noyabrın 13-dək əhalinin siyahıya alınması prosesi həyata keçirilib. Noyabrın 14-15-də isə evdə olmayan şəxslər siyahıya alınıblar. Bununla da əhalinin siyahıya alınması prosesi başa çatıb. Bunu İranın Statistika Mərkəzinin əhalinin siyahıya alınması üzrə idarəsinin katibi Taha Nurullahi deyib. Bu barədə Trend MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Nurullahi bildirib ki, ilkin nəticələrə görə, ölkə əhalisinin sayı 75 milyon nəfərdir və əhalinin siyahıya alınması ilə bağlı son nəticələr yaxın günlərdə açıqlanacaq.
İranda əhalinin siyahıya alınması 5 ildən bir keçirilir.