...

Türkiyə DİN: Suriya Türkiyədə terroru dəstəkləyir

Dünya xəbərləri Materials 18 May 2012 13:09 (UTC +04:00)
Türkiyə hakimiyyəti Suriya rəhbərliyinin terrorçu PKK-nın şəhər qanadı olan Kürd Cəmiyyətləri İttifaqına (KCİ) dəstək göstərdiyini təsdiqləyən faktlara malikdir.
Türkiyə DİN: Suriya Türkiyədə terroru dəstəkləyir

Azərbaycan, Bakı, 18 may / Trend, müxbir A.Tağıyeva /

Türkiyə hakimiyyəti Suriya rəhbərliyinin terrorçu PKK-nın şəhər qanadı olan Kürd Cəmiyyətləri İttifaqına (KCİ) dəstək göstərdiyini təsdiqləyən faktlara malikdir. Belə bir bəyanatla Türkiyənin daxili işlər naziri İdris Naim Şahin çıxış edib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı məlumat verib.

"Biz Dəməşqin Türkiyədə, xüsusilə Suriya sərhədinə yaxın olan regionlarda terroru dəstəkləməsi barədə sübutlara malikik", - Şahin deyib.

Nazir onu da qeyd edib ki, Türkiyə Suriya sərhədinə nəzarət edir və Suriyadan olan terrorçulara Türkiyə ərazisinə keçməyə imkan vermir.

Xəbər lenti

Xəbər lenti