...

Türkiyədə Suriyanın xeyrinə casusluqda ittiham olunan iki şəxs saxlanılıb

Dünya xəbərləri Materials 21 May 2012 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Hatay şəhərində Suriyanın xeyrinə casusluqda ittiham olunan iki ölkə vətəndaşı saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti xəbər verir.

Qəzetin məlumatına görə, casuslar Hatayda olan Suriya müxalifətinin liderlərindən biri Riyad əl-Əsədi oğurlamağa cəhd göstəriblər.

Türkiyədə çoxlu sayda suriyalı qaçqın və müxalifət lideri sığınacaq tapıb. Sayı 30 min nəfəri keçən qaçqınlar üçün çadır şəhərcikləri yaradılıb.

Xəbər lenti

Xəbər lenti