...

Suriya Prezidenti Türkiyə təyyarəsinin vurulmasına görə təəssüflənir

Dünya xəbərləri Materials 3 İyul 2012 12:15 (UTC +04:00)
Suriya Prezidenti Bəşər Əsəd Türkiyə təyyarəsinin vurulmasına görə təəssüflənir.
Suriya Prezidenti Türkiyə təyyarəsinin vurulmasına görə təəssüflənir

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriya Prezidenti Bəşər Əsəd Türkiyə təyyarəsinin vurulmasına görə təəssüflənir.

"Suriya SQ Türkiyə təyyarəsini İsrailə məxsus təyyarə hesab edib. Lakin mən dəfələrlə təkrar etmişəm ki, Türkiyə təyyarəsinin vurulmasına görə təəssüf edirəm", - Əsəd Türkiyənin "Cumhuriyyət" qəzetinə müsahibəsində bildirib.

"Bundan əvvəl İsrail təyyarələri artıq üç dəfə Türkiyə təyyarəsinin istifadə etdiyi hava marşrutundan istifadə ediblər. Təyyarənin Türkiyəyə məxsus olduğunu biz onun vurulmasından sonra bildik. Mən bundan təəssüflənirəm", - o deyib.

Əsədin sözlərinə görə, əgər təyyarə beynəlxalq hava məkanında vurulsaydı, Suriya Türkiyə tərəfindən üzr istəyərdi.

Prezident qeyd edib ki, Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına köklənib, lakin Türkiyə tərəfinin fəaliyyəti Dəməşqə bu istiqamətdə konkret addımlar atmağa imkan vermir.

Təyyarə ilə bağlı insidentin Dəməşqlə Ankara arasında daha irimiqyaslı münaqişəyə gətirib çıxara biləcəyinə dair suala cavab verərkən Əsəd qeyd edib ki, Türkiyə və Suriya xalqları dostdur, ona görə də bu hadisə tərəflər arasında hərbi və ya başqa hərəkətlərə səbəb olmayacaq.

Xəbər lenti

Xəbər lenti