...

Suriya müxalifəti keçid hökuməti yaradır

Dünya xəbərləri Materials 31 İyul 2012 14:11 (UTC +04:00)
Suriya müxalifətinin nümayəndələri Heysam əl-Malihin başçılığı altında keçid hökumətinin yaradılmasını elan etmək üçün bu gün Qahirədə toplaşacaqlar.
Suriya müxalifəti keçid hökuməti yaradır

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriya müxalifətinin nümayəndələri Heysam əl-Malihin başçılığı altında keçid hökumətinin yaradılmasını elan etmək üçün bu gün Qahirədə toplaşacaqlar. Bu barədə Trend çərşənbə axşamı "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, yeni hökumətə Suriya müxalifətinin bütün tərəfləri, o cümlədən "Müsəlman qardaşları" təşkilatının üzvləri daxil olacaqlar.

Keçid hökumətinin tərkibinə yüksəkrütbəli hərbiçilər və inqilabın həyata keçirilməsində daha fəal iştirak edənlər də daxil olacaqlar.

Xəbər lenti

Xəbər lenti