...

Gürcü deputat: Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün prioritet olaraq qalır

Dünya xəbərləri Materials 12 Oktyabr 2012 12:37 (UTC +04:00)
Caparidze bildirib ki, prezident Mixail Saakaşvilinin hökumətində Rusiya ilə "qeyri-formal əlaqələr" olub.
Gürcü deputat: Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün prioritet olaraq qalır

Gürcüstan, Tbilisi, 12 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri postuna namizəd Tedo Caparidze bir daha bəyan edib ki, yeni hakimiyyətdə Gürcüstan üçün əsas prioritetlər Avroatlantik strukturlara can atma və qonşu ölkələrlə - Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlığın möhkəmləndirilməsi olaraq qalır.

Trend-in məlumatına görə, bununla yanaşı o, qeyd edib ki, Rusiya ilə münasibətlər çox çətin olacaq, lakin buna baxmayaraq, Gürcüstan RF ilə dialoqu bərpa etməlidir.

Caparidze bildirib ki, prezident Mixail Saakaşvilinin hökumətində Rusiya ilə "qeyri-formal əlaqələr" olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti