...

Prezidentliyə namizədə sui-qəsddə şübhəli bilinənlər iki ay müddətinə həbs olunub

Dünya xəbərləri Materials 11 Fevral 2013 10:51 (UTC +04:00)
Yerevanın Mərkəzi Nork Maraş icmasının ümumi yurisdiksiyasının qapalı məhkəmə iclasında hakim Qayan Karaxanyan Ermənistanın MTX-nin istintaq orqanının xahişini təmin edib. Beləliklə, Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyana sui-qəsd törətməkdə şübhəli bilinən Xaçatur Poqosyan və Samvel Arutyunyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Prezidentliyə namizədə sui-qəsddə şübhəli bilinənlər iki ay müddətinə həbs olunub

Azərbaycam, Bakı, 11 fevral /Trend/

Yerevanın Mərkəzi Nork Maraş icmasının ümumi yurisdiksiyasının qapalı məhkəmə iclasında hakim Qayan Karaxanyan Ermənistanın MTX-nin istintaq orqanının xahişini təmin edib. Beləliklə, Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyana sui-qəsd törətməkdə şübhəli bilinən Xaçatur Poqosyan və Samvel Arutyunyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, bu barədə "PanARMENIAN.Net" saytı xəbər verir.

Qeyd edək ki, Fevralın 7-də Ermənistanın Milli Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyana sui-qəsdin cəhdində şübhəli bilinən Yerevanda qeyri-leqal yaşayan, heç bir konkret məşğuliyyəti olmayan, narkotiklərin qanunsuz dövriyyəsinə görə bundan əvvəl mühakimə olunmuş 1966-cı il təvəllüdlü Xaçatur Poqosyan və 1972-ci il təvəllüdlü Samvel Artünyan saxlanılıb.

Xatırladaq ki, bazar günü Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan seçkilərin 2 həftə təxirə salınması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti