...

İran "altılığ"ın təklifini dinləməyə hazırdır

Dünya xəbərləri Materials 12 Fevral 2013 13:11 (UTC +04:00)
İranın nüvə məsələsi üzrə "altılıq" vasitəçiləri ilə danışıqlar qrupunun üzvü Mustafa Dövlətyar İranın Qazaxıstanda keçirləcək növbəti görüşdə qarşı tərəfin təklifini dinləməyə hazır olduğunu bəyan edib.
İran "altılığ"ın təklifini dinləməyə hazırdır

Azərbaycan,Bakı, 12 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın nüvə məsələsi üzrə "altılıq" vasitəçiləri ilə danışıqlar qrupunun üzvü Mustafa Dövlətyar İranın Qazaxıstanda keçirləcək növbəti görüşdə qarşı tərəfin təklifini dinləməyə hazır olduğunu bəyan edib. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Dövlətyar jurnalistlərlə söhbətində bildirib ki, hələlik İran tərəfi danışıqlar qrupunun üzvlərindən heç bir rəsmi təklif almayıb.

"Biz artıq yeni təkliflər almalı idik. Sonradan məlum oldu ki, çoxlu sayda təkliflər olub", - Dövlətyar qeyd edib.

İran XİN-in siyasi və beynəlxalq tədqiqatlar departamentinin baş direktoru Dövlətyar bildirib ki, İran artıq öz mövqeyini bəyan edib və indi "altılığ"ın təkliflərini gözləyir.

"İran "5 +1" qrupuna onların təkliflərinin məzmunu əsasında cavab verəcək", - o deyib.

Tehranın milli nüvə proqramı üzrə "altılıq" nümayəndələri ilə danışıqların fevralın 26-da Almatıda keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti