Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Tarıverdiyeva/
İran və BAEA arasında danışıqlar müsbət dinamikiya malikdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İran XİN mətbuat xidmətinin rəhnəri Ramin Mehmanpərəst Press TV-də canlı yayımda çıxışı zamanı bildirib.
"Danışıqlar müsbət dinamikaya malikdir və nəticələr əvvəlki görüşlərə nisbətdə yaxşılaşıb. İndi arzu olunan nəticələri əldə etmək üçün hər iki tərəf birgə addımlar atmalıdır",-deyə Mehmanpərəst bildirib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, İranın dinc məqsədlər üçün nəzərdə tutlmuş nüvə proqramı hüququ tanınmalıdır.
İranla "altılıq" ölkələri arasında Qazaxıstanda baş tutan nüvə danışıqlarına gəldikdə isə Mehmanpərəst bildirib ki, ümumi anlaşmaya nail olunub.
O, həmçinin qeyd edib ki, "altılıq" ölkələrinin problemə yeni baxışı, onun təklifləri baxılmağa və öyrənilməyə layiqdir.