...

Rusiyalı aktyor Andrey Panin vəfat edib

Dünya xəbərləri Materials 7 Mart 2013 13:21 (UTC +04:00)
"Voditel dlya Verı","Kamenskaya","Svadba", "Svoloçi" filmləri ilə məşhur olan rusiyalı aktyor Andrey Paninin üzərində kəllə-beyin zədələri olan meyiti Moskvanın cənub-qərbində yerləşən mənzilində tapılıb.
Rusiyalı aktyor Andrey Panin vəfat edib

"Voditel dlya Verı", "Kamenskaya", "Svadba", "Svoloçi" filmləri ilə məşhur olan rusiyalı aktyor Andrey Paninin üzərində kəllə-beyin zədələri olan meyiti Moskvanın cənub-qərbində yerləşən mənzilində tapılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya DİN-nin Moskva ərazisi üzrə mətbuat xidmətinə istinadən xəbər yayıb.

"Cümə axşamı Bakalavsk prospekti, mənzil 18-də kəllə-beyin zədəsi ilə Andrey Paninin meyiti aşkarlanıb", mətbuat xidmətinin əməkdaşı bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşının verdiyi məlumata görə, 4 gün ərzində yaxınları aktyorla əlaqə saxlaya bilməyib. Cümə axşamı onun tanışı Paninin evinə gəlib və onun meyitini aşkar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti