...

Almatıda İran və “altılıq” ölkələri arasında nüvə problemi ilə bağlı təkrar danışıqlar başlayıb

Dünya xəbərləri Materials 5 Aprel 2013 10:22 (UTC +04:00)
Almatıda İranın nüvə problemi ilə bağlı beynəlxalq vasitəçilər olan "altılıq" (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) ölkələri ilə İran arasında danışıqlar başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "RİA Novosti" agentliyi xəbər yayıb.
Almatıda İran və “altılıq” ölkələri arasında nüvə problemi ilə bağlı təkrar danışıqlar başlayıb

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Almatıda İranın nüvə problemi ilə bağlı beynəlxalq vasitəçilər olan "altılıq" (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) ölkələri ilə İran arasında danışıqlar başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "RİA Novosti" agentliyi xəbər yayıb.

"Altılıq" ölkələrinin İranla görüşü ikinci dəfədir ki, Almatıda keçiriləcək.

Birinci belə görüş Qazaxıstan paytaxtında bu il fevralın sonlarında baş tutub. O vaxt görüşdə xüsusi nəticələr əldə olunmayıb.

İran Qərb tərəfdaşlarından hələ də yeni təkliflər almadığını bəyan edib. "Altılıq" ölkələri isə bunun əksini fikirləşir: Tehrana Fordu şəhərində yerləşən obyektdə uranın zəngilləşdirməsinin 20 faizdək azaldılması müqabilində BMT TŞ-nın sanksiyalarını aradan qaldırmaq kimi yenilənmiş təkliflər təqdim olunsa da İran tərəfi bununla razılaşmayıb. Tehran bildirib ki, İran cümə günü başlayacaq təkrar danışıqlara "ehtiyyatlı nikbinliklə" yanaşır.

Cümə günü danışıqların ilk raundundan sonra İran və "altılıq" ölkələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi gözlənilir. Tərəflər Almatıda keçirilən danışıqları şənbə günü yekunlaşdırmağı planlaşdırırlar.

Rusiyanı görüşdə bu ölkənin xarici işlər nazirinin müavini Serqey Ryabkov, İranın nümayəndə heyətini Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlili, ABŞ-ı dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman, Böyük Britaniyanı bu ölkənin XİN rəhbərinin siyasi məsələlər departamentinin rəhbəri Saymon Qass, Almaniyanı ölkənin XİN rəhbərinin siyasi məsələlər departamentinin rəhbəri Diter Lukas, Çini ÇXR XİN rəhbərinin köməkçisi Ma Çjaosyoy, Fransanı isə ölkənin XİN siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktoru Jak Odiber təmsil edir. Avropa İttifaqından olan nümayəndə heyətinə qurumun xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti