...

Aİ: İran nüvə proqramının dinc xarakterli olduğunu sübut etsə, “altılq” ölkələri onu qəbul edəcək

Dünya xəbərləri Materials 5 Aprel 2013 12:10 (UTC +04:00)
Beynəlxalq vasitəçilər olan "altılıq" ölkələri İranın dinc xarakterli nüvə proqramına olan hüququnu tanımağa hazırdır, ancaq, gərək rəsmi Tehran beynəlxalq aləmə onun nüvə proqramının yalnız dinc xarakter daşıdığını sübut etsin.
Aİ: İran nüvə proqramının dinc xarakterli olduğunu sübut etsə,  “altılq” ölkələri onu qəbul edəcək

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Beynəlxalq vasitəçilər olan "altılıq" ölkələri İranın dinc xarakterli nüvə proqramına olan hüququnu tanımağa hazırdır, ancaq, gərək rəsmi Tehran beynəlxalq aləmə onun nüvə proqramının yalnız dinc xarakter daşıdığını sübut etsin. Trend-in məlumatına görə, bu barədə cümə günü "RİA Novosti" agentliyi Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Maykl Mannın jurnalistlərə verdiyi açıqlamaya istinadən xəbər yayıb.

" "Altılıq" ölkələri İranın uranı zənginləşdirmək hüququnu tanımağa hazırdır. Ancaq rəsmi Tehran nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləməlidir", - o, bildirib.

Mannın sözlərinə görə, "İranda hərbi məqsədlər üçün nəzərdə tutulan texnologiyaların hazırlanması barədə ehtimallar var. Ona görə də "altılıq" ölkələri ümid edir ki, Tehran onları nüvə proqramının yalnız dinc xarakter daşıdığına inandıra biləcək.

"Altılıq" ölkələri İranın ona edilən təklifə konkret cavab verəcəyinə ümid edir.

Onun sözlərinə görə, "altılıq" ölkələri ümidvardır ki, daha əvvəl Tehrana İranın nüvə proqramı ilə bağlı problemin həll olunması ilə bağlı verdiyi təklifə konkret cavab verəcək.

"Biz ümid edirik ki, bu gün İran tərəfi daha əvvəl ona edilən təkliflərə konkret cavab verəcək",- Mann bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti